Azərbaycan 95 ölkə ilə ticarət əməliyyatı aparıb
7 Mart 2013 14:36 İqtisadiyyat2013-cü ilin yanvar ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 95 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. Bu barədə Statistika Komitəsindən "OLAYLAR"a verilən məlkumata görə, xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 3,5 milyard ABŞ dolları təşkil edib ki, onun da 2,9 milyard dolları ixracın, 0,6 milyard dolları idxalın payına düşüb. Xarici ticarət əməliyyatlarının üçdə iki hissəsi İtaliya, Rusiya, Hindistan, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Tailand, Türkiyə, Avstriya və Portuqaliya dövlətləri ilə aparılıb. Yanvar ayında qeyri-neft məhsullarının ixracı 113,7 milyon dollar dəyərində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31