“Çörək bahalaşmayacaq”

Azərbaycanda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində istehsal olunan çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib.  Nazir bildirib ki, rəhbərlik etdiyi qurum çörəyin qiymətinin formalaşmasına nəzarət etmir: "Ölkədə taxılın istehsal və idxal həcmləri bəllidir. Bu səbəbdən qiymət artımı üçün heç bir əsas görmürəm".
İ.Abasov qeyd edib ki, bu sahədə qiymətlərin tənzimlənməsini dövlət deyil, çörək istehsalçıları həyata keçirir: "Əgər bahalaşma varsa, bu suallar onlara ünvanlanmalıdır. Xammal necəyə başa gəlirsə, çörəyin qiyməti də buna uyğun tənzimlənir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31