Deputatlarımız Gürcüstana səfər edəcəklər
Deputatlarımız Gürcüstana səfər edəcəklər
13 May 2019 13:37 İqtisadiyyatMilli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Əflatun Amaşov qurumun komitə iclaslarında iştirak etmək üçün mayın 14-də Gürcüstanın Batumi şəhərinə səfər edəcəklər. MM-dən "Olaylar"a verilən məlumata görə, siyasi və hüquqi məsələlər komitəsinin 53-cü iclasında "QDİƏT-ə üzv ölkələrdə demokratiyanın möhkəmləndirilməsində Ombudsman institutunun rolu", İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitənin 52-ci iclasında "Yaşıl iqtisadiyyat. Mavi artım" mövzularında müzakirələr aparılacaq, hesabat və tövsiyələrin layihələri təsdiq ediləcək. Hər iki toplantıda QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, təşkilatın Parlament Məclisinin 2019-cu il üçün iş təqvimi, komitələrin növbəti yığıncaqlarının yeri, vaxtı və gündəliyi müəyyən olunacaq. Deputatlarımız komitələrdə qaldırılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.Səfər mayın 18-də başa çatacaq.