ARDNŞ 13970 metr qazma işi həyata keçirib

Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 2013-cü ilin fevral ayı ərzində 13970 metr qazma işi həyata keçirib. "Azadinform" xəbər verir ki, bu sahədə görülmüş işlərin 12877 metri istismara, 1093 metri kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 24599 metr qazma işi görülüb ki, bunun da 22197 metri istismara, 2402 metri kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31