Problemli kredit sahiblərinə YENİ XƏBƏR
Problemli kredit sahiblərinə yeni xəbər
30 Aprel 2019 13:09 İqtisadiyyatSabahdan etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.
Bununla bağlı "Azərpoçt" MMC məlumat yayıb.
Qeyd edilib ki, 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarıdır və kompensasiyalar həmin şəxslərə kartlar vasitəsilə ödəniləcək.
Xatırladaq ki, problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyev fevralın 28-də fərman imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31