İnformasiya texnologiyaları onları ən varlı etdi
5 Mart 2013 15:02 İqtisadiyyatABŞ-ın Forbes jurnalı çərşənbə axşamı dünyanın ən varlı adamlarının illik reytinqini dərc edib. İnformasiya texnologiyaları, eləcə də onunla əlaqədar sahələrdə çalışanlar yenidən yüksək mövqelərdə qərarlaşaraq siyahının digər iştirakçılarını geridə qoyub. Cənubi Amerikanın mobil operatoru America Movil şirkətinə rəhbərlik edən və Avropanın mobil operatorlarında pay sahibi olan meksikalı telekommunikasiya maqnatı Karlos Slim Elu artıq ardıcıl olaraq dördüncü ildir reytinqdə birinci yeri tutur. Onun şəxsi aktivləri 73 milyard dollar məbləğində qiymətləndirilir.
Microsoft korporasiyasının yaradıcısı Bill Qeyts 67 milyard dollarlıq kapitalla ikinci yerdə qərarlaşıb, Oracle şirkətinin sahibi Larri Ellison isə 43 milyard dollarla beşinci yerə layiq görülüb. ("OLAYLAR"İA)