Bakı və ətraf qəsəbələrdəki sahibkarlara 600 milyon manat güzəştli kredit verilib

İndiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 milyon manat güzəştli kredit verilib.

İndiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 milyon manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, ümumilikdə respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 milyon manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit ayrılıb. Təkcə aprelin 25-də Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması və s. sahələrə yönəldiləcək və investisiya layihələrinin reallaşdırılması 300-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31