KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər
24-26 aprel tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti keçirilib.
29 Aprel 2019 12:55 İqtisadiyyat24-26 aprel tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti keçirilib. Tatarıstan Respublikası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələri arasında ticari-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparıldığı tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər. KOBİA-dan "Olaylar"a bildirilib ki, 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Malayziyanın sahibkarlığın inkişafı naziri Mohd Redzuan Yusofilə görüşərək, təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıb.KOBİA rəhbəri Tatarıstanın sahibkarlığın inkişafı üzrə model müəssisəsində iş prosesi ilə də tanış olub.