NABUCCO və TANAP birləşdi
Təşkilatların texniki və strateji məlumat mübadiləsi aparması və layihələrinin dəstəklənməsi üzrə müqavilə bağlanıb
4 Mart 2013 15:49 İqtisadiyyat"NABUCCO Gas Pipeline International GmbH" ilə Transanadolu təbii qaz boru xətti (TANAP) arasında Cənub qaz dəhlizini inkişaf etdirmək barədə əməkdaşlıq müqaviləsi imzalanıb.
ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, müqavilə ilə təşkilatların texniki və strateji məlumat mübadiləsi aparması və layihələrinin dəstəklənməsi nəzərdə tutulur.
Müqavilədə həmçinin Avropa Birliyi və Cənub-Şərqi Avropa bölgələri üçün qaz tədarükünün dolğunluğunu və şaxələndirilməsini artırmaq üçün təbii qaz daşıma marşrutunun daha da çeşitləndirilməsinin vacibliyinə işarə edilir.
"NABUCCO Gas Pipeline International GmbH"nin baş direktoru Reinhard Mitçek mövzu ilə əlaqədar etdiyi şərhdə bildirib: "Bu razılaşma Cənub qaz dəhlizinin 2 ayrılmaz parçası arasındakı əlaqəni daha da möhkəmlədirdi, bizi Avropanın qaz tədarükünün çeşitləndirilməsi istiqamətindəki ortaq hədəfimizə bir addım daha yaxınlaşdırdı".
"NABUCCO Gas Pipeline International GmbH"in maliyyə direktoru Frank Siebert isə deyib: "Bu müqaviləni imzalamaqdan xoşbəxtlik duyuruq. Önümüzdəki aylarda "Şahdəniz" qazını Avropa istehlakçılara çatdıran dəyər zincirindəki bütün halqalar, layihə təqvimlərini bir araya gətirərək bütün paydaşlara maksimum ticari fayda təmin etmək üçün işbirliyi içində çalışacaqlar. İmzalanan razılaşma bu müddət üçün əhəmiyyətli bir addım təşkil edir".