Mikayıl Cabbarov Hindistan səfiri ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna ilə görüşüb
18 Aprel 2019 12:42 İqtisadiyyatVergilər naziri Mikayıl Cabbarov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna ilə görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" layihəsi və Azərbaycanla Hindistan arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.