İrandan Türkiyəyə xəyanət

Türkiyənin İrana olan borcunun qısa müddətdə qaytarılması ilə bağlı Tehran Ankara qarşısında ciddi məsələ qaldırıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,  Türkiyəyə ixrac edilən neft və qaza görə yığılıb qalmış 3 milyard dollarlıq borcun geri qaytarılması ilə bağlı iki ölkə arasında əldə edilən anlaşma da Tehran tərəfindən pozulub. Belə ki, anlaşma zamanı İran Türkiyəyə ixrac etdiyi neft və qazın dəyərində bu ölkədən sənaye məhsulları alacağını bildirsə də, lakin hazırda molla rejimi borcun ticarət gəmiləri və katerlərlə ödənilməsini istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31