Rəhbər şəxslərin ezamiyyə xərcləri yeni qaydada hesablanacaq

Nazirlər Kabineti "Ezamiyyə xərclərinin normaları haqqında" 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edib. "Olaylar"  NK-nın  rəsmi saytına istinadən xəbər verir ki, dəyişiklik rəhbər işçilərin xarici ölkələrə ezamiyyə xərcləri ilə bağlıdır.  Belə ki, rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası aşağıdakı kimidir:

1. Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrləri-100 faiz əlavə,

2.Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin müavinləri,  Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri;  Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqan-larının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısı- 50 faiz əlavə,

3.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları;  Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri və müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər - 30 faiz əlavə nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31