Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır
11 Aprel 2019 15:57 İqtisadiyyatAzər Badamov: "İnsanların rifahının yaxılaşması istiqamətində daha böyük addımlar atılmağa başlanıb"
İlham Əliyevin növbəti dəfə prezident seçilərək dövlətin rəhbərliyinə keçməsinin bir ili tamam oldu. Bir il əvvəl xalqın böyük əksəriyyətinin səsisni qazanaraq prezident seçilən İlham Əliyev əvvəlki prezidentlik dövründə başladığı yola davam dedi, Azərbaycanın daha da çiçəklənməsi, inkişafı üçün yorulmadan əmək sərf etdi. Elə ötən bir il ərzində əldə etdiyimioz nailiyyətlər, qazandığımız uğurların timsalında bunu aydın şəkildə görmək mümkündür. Millət vəkili Azər Badamov da bu qənaətdədir. O, qeyd edib ki, Prezdentin son bir ilki fəaliyyəti xalqın birbaşa rifahının yaxşılaşmasına yönəlib və bu da xalq-prezident birliyini daha da möhkəmləndirib. Azər Badamov hesab edir ki, bu günlərdə açıqlanan Fransanın Opinion Way şirkətinin apardığı ictimai rəy sorğusunun nəticələri bunu bir daha sübut edir: "Sorğudan da məlum olduğu kimi respondentlərin 85,1 faizi prezidentin son bir illik fəaliyyətindən razıdır. Bu da bu günki Azərbaycan reallığıdır. Gecə-gündüz fəaliyyətini Azərbaycanın çiçəklənməsinə yönəltmiş cənab İlham Əliyev xalq tərəfindən böyük sevgi və rəğbət qazanmış çox az dövlət başçılarındandır. Düşünürəm ki, gələcəkdə də ölkəmizdə prezdent-xalq birliyi daha da möhkəmlənəcək, Azərbaycan dünyada öz inkişafı və qüdrəti ilə seçilən ölkə olacaqdır". Millət vəkili onu da bildirib ki, ötən bir il ölkə həyatında böyük inkişaf və əlamətdar hadisələrlə zəngin olub: "Cənab İlham Əliyev seçkidən sonra qeyd etmişdi ki, ölkədə başlanan islahatlar daha da dərinləşəcək, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaqdır. Həqiqətən ölkə başçısının qeyd etdiyi kimi Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Seçkidən əvvəlki dövrdə başlanmış iqtisadiyyatın neftdən asıllığının aradan qaldırılması və qeyri-neft sektorunun diversifikasiyası siyasəti daha da genişlənməkdədir. Yeni sənaye müəssisələri, istehsal sahələri, xidmət sahələrinin açılışları həyata keçirilir. Bununla yanaşı ölkədə daha çevik, məqsədyönlü, istiqamətlənmiş və şəffaf idarəetmə sisteminin yaradılması istiqamətində işlər aparılır, struktur islahatlarının əhatə dairəsi genişlənməkdədir. Əhalini son üç ildə ən çox narahat edən fiziki şəxslərin problemli krediləri məsələsi çox ədalətli və hamını məmnun ediləcək şəkildə həll olundu. Ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin vərəsələrinə 11000 manat vəsaitin ödənilməsi haqqında sərəncam imzalandı və bu sərəncamla vəsait alacaq şəxslərin əhatə dairəsi genişləndirilərək uzun müddət şəhid ailələrini narahat edən əsas məsələ olan bu problem kökündən həll olundu. Ölkə başçısının sərəncamları ilə minimum əməkhaqqları, pensiyalar, təqaüdlər, sosial müavinətlər, prezdent təqaüdlərinin məbləğləri artırıldı, yeni müavinətlər və təqaüdlər təsis olundu. Bu onu deməyə imkan verir ki, cənab Prezdent yenidən seçildikdən sonra sosial siyasət daha da dərinləşir, insanların rifahının yaxılaşması istiqamətində daha böyük addımlar atılmağa başlanıb".
Millət vəkili deyib ki, cənab Prezdentin rəhbərliyi altında həm yola saldığımız 2018-ci il, həm də cari ilin 3 ayı çox uğurlu olub: "2019-cu ilin yola saldığımız 3 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun 3 faizi ötməsi ölkə başçısının apardığı düşünülmüş iqtisadi siyasətin bəhrəsidir. Xüsusilə Azərbaycanın regionların sosial - iqtisadi inkişafı istiqamətində böyük layihələr icra olunur. Regionların sosial -iqtisadi inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir. Məhz bu məqsədi yüksək tutaraq cənab İlham Əliyev Azərbaycanın regionların sosial-iqtisadi inkişafı ilə əlaqdar 3 Dövlət Proqramı təsdiq edib və həmin proqramlar icra olunub. Sayca 4-cü Dövlət Proqramı isə bu ilin yanvarın 29-da təsdiq edilib. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. İcra olunan 3 Dövlət Proqramı regionlara 70 milyard manatdan çox vəsaitin yönəldilməsinə imkan yaradıb. Bu gün Azərbaycanın ucqar dağ kəndindən başlanmış şəhər mərkəzlərinə qədər elə bir yaşayış məntəqəsi yoxdur ki, orada hər hansı bir yenidənqurma işləri aparılmasın. Artıq Azərbaycanın regionların sənayeləşməsi prosesi gedir. Neftçalada, Hacıqabulda, Masallıda, Sabirabadda sənaye məhəllələri istifadəyə verilmiş və ya verilməkdədir. Regionlarda yerləşən şəhərlərdə sənaye parkları istifadəyə verilir. Mingeçəvir Yüngül Sənaye Parkında 2 istehsal müəsisəsi istifadəyə verilib. Gəncədə yeni sənaye müəsisələri fəaliyyətə başlayıb və ölkə başçısının qeyd etdiyi kimi bütün rayonlarda sənaye məhəllələrin tikilməsi həyata keçiriləcəkdir. Kənd təsərrüfatın inkişafı istiqamətində böyük layihələr icra edilir. Aqroparklar və iri fermer təsərrüfatların yaradılması prosesinə başlanıb. Regionlarda yeni emal sənayesi müəsisələri, saxlama kameraları, logistik mərkəzləri tikilir ki, bu da ölkədə kənd təsərrüfatı məsulların itkisiz tədarükünə şərait yaradır. Təkcə 2019-cu ilin yanvar-fevral aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt Şəhərində SOCAR karbamid zavodu, Politilen zavodu, Beyləqan rayonda Olimpiya İdman Kompleksi, Tarix- Diyarşünaslıq Muzeyi, müxtəlif rayonlarda avtomobil yolları, Şəmkir rayonunda mərkəzi rayon xəstəxanası, məktəb binaları, məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib. Ölkə başçısının təsdiq etdiyi Regionların Sosial-İqtisadi İnkişafı IV Dövlət proqramında yeni hədəflər müəyyənləşdirilib və bu proqramın icrasına ilkin olaraq 17 milyard manat vəsait nəzərdə tutulub".
S.İsmayılbəyli