Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı,  texnologiyaların  tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların  müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb. 1923-cü ildən fəaliyyət göstərən, 100-ə yaxın ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji təhlükəsizlik arasında balansın yaradılmasındakırolundan bəhs edilib. Bildirilib ki, yanacaq-energetika sekorunun bütün istiqamətlərini özündə birləşdirən qlobal təşkilat kimi Dünya Enerji Şurası  enerji ölkəsi kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Söhbət zamanı energetika naziri Pərviz Şahbazova  cari ilin 9-12 sentyabr tarixində Birləşmiş Ərəb Əmirliyində keçiriləcək 24-cü  Abu-Dabi Dünya Enerji Konqresinə dəvət məktubu təqdim edilib.

Qeyd edək ki, "Rifah üçün enerji" devizi altında keçiriləcək tədbirçərçivəsində həmçinin 8-ci Asiya Nazirlər Toplantısı da nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31