Nazir: “Cənub Qaz Dəhlizi”nin işə düşməsi yeni imkanlar açacaq”

Elmar Məmmədyarov Brüsseldə

"Şərq tərəfdaşlığı" proqramı hələlik 100 faiz icra olunmayıb". "Olaylar" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib. Nazir  bildirib ki, inkişaf üçün imkanlar var: "Şərq tərəfdaşlığı" çərçivəsində Aİ və onun üzv dövlətləri, eləcə də proqramın üzv dövlətləri üçün çoxlu imkanlar var". E.Məmmədyarov qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin 2020-ci ildə işə düşməsi ilə qaz Xəzər dənizinin Azərbaycan sektorundan İtaliya bazarlarına tədarük olunacaq və bu, tamamilə yeni imkanlar açacaq: "Cənub Qaz Dəhlizi" həm də digər ölkələrə, xüsusilə də Balkan regionunadək uzadıla bilər". Nəqliyyat sahəsində əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, Aİ mövcud nəqliyyat dəhlizlərinin istifadəsində maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31