İrandan neft idxalını dayandıran ölkələrin sayı artıb
3 Aprel 2019 13:29 İqtisadiyyatİrandan neft idxalını dayandırmış ölkələrin sayı 23-ə çatıb
Olaylar.az bildirir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook açıqlama verib.
2018-ci ilin 8 may tarixində ABŞ prezidenti Donald Trump Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniya tərəfindən imzalanan Ortaq Kompleks Tədbirlər Planından (IFAP) çıxdığını elan edib. Bu müqavilə İran üzərində nüvə fəaliyyətinin məhdudlaşdırılması öhdəliyini qoymuşdur. Bunun müqabilində isə ölkəyə qarşı iqtisadi və siyasi sanksiyaların ləğv edilməsi vəd edilmişdir.
Bir müddət sonra Vaşinqton Tehrana qarşı sanksiyaların bərpa edib, sanksiyalar İslam Respublikasının neft sektorunu da əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31