Regionların sosial-iqtisadi inkişafı əhalinin həyat səviyyəsini yaxşılaşdırır

Regionların inkişafı əhalinin məşğulluq və həyat səviyyəsinin daha da yüksəlməsinə, müstəqil, gənc respublikamızın hərtərəfli tərəqqisinə müsbət təsir göstərir. Azərbaycanın dinamik inkişafı yolunda bölgələrin sürətli və tarazlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bu inkişafda mühüm rol oynayır. İndiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunub və onlardan üçü artıq uğurla icra edilib. Hazırda "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nın icrası müvəffəqiyyətlə davam etdirilir. Dövlət proqramı qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. İnfrastruktur təminatını, kommunal xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırır. Regional proqramların uğurlu icra edilməsinin ən bariz nümunəsi kimi göstərə bilərik ki, bu gün ən ucqar yaşayış məntəqələrinin belə dayanıqlı elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür. Bölgələrin paytaxt qıdər inkişaf etməsi üçün  müasir təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri istifadəyə verilir. Görülən bütün işlər vətəndaşların sosial-rifahının yaxşılaşdırılmasına yönəlmişdir.

Məhz bu minvalda cənab prezidentin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan  yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Hazırda sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bie istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

Hazırda yenidənqurma işləri yolun 12 km-lik hissəsində aparılır. Layihəyə uyğun olaraq burda mövcud örtük sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yatağı avtoqreyderlə profilə salınır.  Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edir. Yaxın müddət ərzində analoji işlərin yolun qalan 7 km-lik hissəsində də aparılması nəzərdə tutulur.

Yol boyu  mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yol boyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılamsı, boru başlıqlarının dəmir-betonla tikilməsi nəzərdə tutulur. Həmçinin Qaraçay üzərində yerləşən mövcud körpünün də əsaslı şəkildə təmiri layihədə nəzərdə tutulmuş işlərdəndir.

Layihəyə uyğun olaraq daha sonra lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görüləcək, yol birləşmələri təmir ediləcək, çiyin hissələr də lazımi materiallarla təmir edilərək bərkidiləcək.  Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək. Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.

Başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Qəbələ rayonu Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və 60-a yaxın texnika cəlb olunub.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Regional proqramların uğurlu nəticəsi olaraq deyə bilərik ki, yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.

Müasir yol infrastrukturu ilıə yanaşı, bölgələrdə mənzillərin qazlaşdırılmasında da regional proqramlar mühüm rol oynayır.

Beləki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cənab president İlham Əliyevin tapşırığına uyğun olaraq kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq  genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, chr("39")chr("39")mavi yanacaqchr("39")chr("39")la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları  yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində 81,7 km yeni qaz kəməri çəkilmiş, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunmuşdur. Cari ilin əvvəlindən başlayaraq Şamaxı rayonunun  Çölgöylər kəndində qazlaşdırılma işləri yüksək surətlə aparılır. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında  müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 110-dan artıq fərdi ev mavi yanacaqla təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması  nəzərdə tutulub. 

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.  

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilməkdədir. Martın 25-i, Novruz bayramında İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 308 metr  müxtəlif diametrli metal  borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bölgələrdə əhalinin kommunal problemlərinin həll olunmasına öz tövhəsini verir.

Beləki, Şəki şəhərində əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası sürətlənmdirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin növbəti mərhələsində yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək.

Layihə mühüm ekoloji əhəmiyyətə malikdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu layihə əhalinin sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşması və məşğulluğunun təmin olunması  baxımından mühüm əhəmiyyət daşıyır.

"Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.

Görülən bütün işlərdən aydın olur ki, Dövlət başçısının düşünülmüş, uzaqgörən inkişaf strategiyasına əsaslanan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi in­kişafı Dövlət Proqramı" əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31