BP-dən Azərbaycandan Avropaya gedən boru kəmərlərinin təhlükəsizliyi barədə AÇIQLAMA
27 Mart 2019 16:15 İqtisadiyyatBoru kəmərinin təhlükəsizliyi ilk növbədə onun konstruksiyası ilə təmin olunur.
Bunu "BP Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ABŞ-da "John Batchelor Show" radioproqramında deyib.
O bildirib ki, təhlükəsizlik şirkətin biznesi üçün çox vacibdir:
"Boru kəmərinin təhlükəsizliyi, ilk növbədə, kəmərin konstruksiyası ilə təmin olunur. Bizim detektorlarımız, boru kəmərinə bərkidilmiş ötürücülərimiz var. Əgər 1768 kilometr uzunluğunda Bakı-Tbilisi-Ceyhan kəmərinin hər hansı bir hissəsində ən kiçik sızma belə baş versə, dispetçer məntəqəsindəki operatorlar həmin sızmanı dərhal aşkar edib, hər iki tərəfdən klapanları bağlamaqla sızmanın qarşısını alır. Bu, boru kəmərinin konstruksiyasında nəzərdə tutulub".
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31