Deputatlarımız amerikalı həmkarları ilə təcrübələrini bölüşəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə  səfər ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə, deputatlarımız ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər. Səfər martın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31