SOCAR-da Liviya Milli Neft Korporasiyasının sədri ilə görüş keçirilib
19 Mart 2019 17:46 İqtisadiyyatSOCAR-ın prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR" şirkətə istinadən xəbər verir ki, SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycanda həyata keçirilən neft strategiyası, SOCAR-ın fəaliyyəti, qlobal və regional əhəmiyyətli layihələri haqqında qonaqlara ətraflı məlumat verib. Həmçinin qeyd edilmişdir ki, bir zamanlar Liviyalı tələbələr Azərbaycanda neft ixtisasları üzrə təhsil alıblar, bu gün də həmin ənənə davam etdirilə bilər. SOCAR-ın Bakı Ali Neft Məktəbi bu sahədə bütün imkalara malikdir.
Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla səmimi qəbul üçün SOCAR rəhbərliyinə minnətdarlığını bildirib, Azərbaycanın təcrübəsinin onlarda hər zaman maraq doğurduğunu vurğulayıb. Görüşdə neft sənayesinin müxtəlif istiqamətləri sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.