Azərbaycanın təşəbbüsləri nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir- Təhlil

"OPEC plus" formatı neftin qiymətinin sabitləşdirilməsinı töhvə verəcək

Azərbaycan müstəqillik əldə etdikdən sonar göstərdiyi təşəbbüslərlə dünya ölkələrini özünə cəlb edə bilib. Çünki həmin təşəbbüslərdə milli maraqlarla yanaşı, regional və qlobal kontekstdə yanaşdıqda, çox maraqlı özəlliklərə rast gəlinir. Fakt ondan ibarətdir ki, president İlham Əliyevin rəhbərliyi ilə gənc azad ölkə bütün bəşəriyyət və insanlıq üçün əhəmiyyətli layihələr reallaşdırmaqdadır. Azərbaycanın təşəbbüsləri sosial-mədəni, humanitar, siyasi, təhlükəsizlik, iqtisadi, energetik, ekoloji sferaların hər birini əhatə edir. Nsafən qeyd edilməlidir ki, nəinki Cənubi Qafqazda, heç postsovet məkanında ikinci belə nümunə yoxdur. Bakıda baş tutan 7-ci Qlobal Bakı Forumunun ardınca  OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının reallaşması dediklrimiz fikri bir daha təsdiq etmiş olur.

Xatırladaq martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası start götürüb. Məlumat üçün qeyd edək ki, clasda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonin salamlama nitqləri nəzərdə tutulub. Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək. Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından  əvvəl, Bakıda Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2016 ci ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin  "OPEC plus" formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifinin şəxsən Məhəmməd Barkindo və təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilib. Bu format  OPEK in üzvü olan ölkələrlə neft hasil edən, lakin  bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə cənab İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü. İndi isə bu tədbirin reallaşması Azərbaycanın təşəbbüslərinin dünya ölkələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməkdədir. Etiraf edilməlidir ki, prezident İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir. Hazırda Bakıda OPEK plus formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivısində qalmasında Prezident İlham Əliyevin böyük xidməti vardır.

OPEK daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda təşkil olunub. Neft ixrac edən ölkələrin təşkilatı - OPEK (The Organization of the Petroleum Exporting Countries) - neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Yeri gəlmişkən qeyd edək ki,  prezident İlham Əliyev "OPEC plus" formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyü də təsadüfi xarakter daşımır. Ona görə ki, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunub. "OPEC plus" formatında əməkdaşlığın başlandığı ilk gündən isə Azərbaycanın bu proseslərdə fəal iştirak edib. Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirilib. Nəhayət Azərbaycan Prezidentinin bu təşəbbüsü reallığa çevrildi. Azərbaycanın neftin sənaye üsulu ilə istehsalının vətəni olduğundan bu tədbirin Bakıda keçirilməsi xüsusi rəmzi  məna daşıyır. Həm də Azərbaycan hesab edir ki,  "OPEC plus" formatında əməkdaşlığın dünyada neftin qiymətinin balanslaşdırılmasında mühüm rol oynaya bilər. Odur ki, Azərbaycanın "OPEC plus" formatında fəal iştirakçıya çevrilib. Üstəlik Prezident İlham Əliyevin "OPEC plus" formatının yaradılmasında liderlik rolunu daşıyır.

Nəzərə almaq iazımdır ki, ölkəmiz bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsləri də sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib. Heç şübhəsiz ki, bu amil dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Elə bu səbədən də dövlətimizin başçısının yürütdüyü xarici siyasət nəticəsində Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir, ölkəmizin paytaxtında dünyanın mühüm qlobal məsələlərin müzakirə olunur. Eyni zamanda, dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda bir sıra mühüm regional, qlobal layihələr həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın təşəbbüsləri sivilizasiyalararası dialoqa böyük töhfə verməkdə davam edir. Qeyd etmək olar ki, prezident İlham Əliyev təşəbbüsü ilə  yeni bir format olan "OPEC plus"un ilk tədbirlərdən birinin ölkəmizdə keçirilməsi ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Çünki siyasi ekspertlər bu tədbirin Azərbaycanda baş tutmasını ölkəmizə olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirirlər. Həm də bu tədbirin dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına töhvə verəcəyi şübhəsizdir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31