Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, bu, boru kəmərində planlı yoxlama və təmir işləri ilə əlaqədardır:

"Biz Bakı-Novorossiysk kəmərində mütəmadi yoxlama işləri aparırıq. Hər hansı bir nöqsan və ya risk aşkarlanarsa, zəruri təmir işləri görülür".

SOCAR nümayəndəsi qeyd edib ki, şirkətin ixrac öhdəliklərinin icrası üçün Bakı-Novorossiysk ilə tədarük olunan neft Bakı-Tbilisi-Ceyhan kəmərinə yönləndirilib:

"Şaxələndirilmiş boru kəməri sistemimiz sayəsində biz neftin müəyyən həcmini digər kəmərlərə yönləndirə bilirik ki, ixrac öhdəliklərimizi yerinə yetirək".

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31