Azərbaycanda 1 000-dən çox İran şirkəti fəaliyyət göstərir
15 Mart 2019 16:42 İqtisadiyyat"Azərbaycanda 1 023 İran şirkəti dövlət qeydiyyatından keçib". Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, İran sahibkarları indiyə qədər Azərbaycan iqtisadiyyatına 3,4 mlyard ABŞ dollarından çox pul qoyub: "İki ölkə arasında ticarət dövsiyyəsi ötən il 74% artıb. Hazırda Astara-Astara sərhəd-keçid məntəqəsinin ərazisində, Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş hazırda müzakirə mərhələsindədir. Bundan başqa, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə tədbirlər həyata keçirə və üçtərəfli enerji əməkdaşlığını genişləndirə bilərlər".