Nazir: Ötən il 2000 km yol tikilib və ya təmir olunub
15 Mart 2019 13:34 İqtisadiyyatÖtən il Azərbaycanda avtomobil yollarının saxlanılmasına və ya təmirinə 1,7 mlrd manat vəsait ayrılıb. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti üzrə hesabatın təqdimatında çıxışı zamanı Baş nazir Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, il ərzində isə 2000 km yol tikilib və ya təmir olunub: "Azərbaycan dəmir yollarında 220 km-lik hissəsində əsaslı təmir işləri həyata keçirilib. Həmçinin ötən il xaricdən 56 lokomotiv alınıb. Ləki-Qəbələ dəmir yolunu qurulması istiqamətində 14 km dəmir yolu çəkilib, hazırda bu istiqamətdə işlər davam etdirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31