Əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir

Xarici hesabatlarda Azərbaycan iqtisadiyyatının inkişafı reytinq açıqlamasında ön sırada yer alır

Bölgələrin sosial-ıqtisadi ınkişaf ilə bağlı 4-cü proqram imzalanıb. Bu proqramında əsas mahiyyəti bölgələrdə sosial iqtisadi inkişafı təmin etməkdir. Bölgələrin sosial iqtisadi inkişafı ölkənin qeyri-neft sektoruna canlanma gətirib. Əvvəlki 3 proqramlar sayəsində  bölgələrin iqtisadi inkişafının şahidi olduq. Bölgələrdə sənaye müəssisələri açıldı, istifadəyə verildi. Təbii ki, istifadəyə verilən hər bir sənaye müəssisəsi ölkə iqtisadiyyatını inkişaf etməklə yanaşı, əhalinin sosıal həyatına da .müsbət təsir edir. Açılan müəssisələr onlarla, yüzlərlə insanın işlə təmin olunmasına səbəb olur. Dövlət proqramının əsas mahiyyəti ölkənin aqrar sektorunu inkişaf etdirməkdir. Fermerlərə müəyyən şərait yaradılır. Onlara güzəştli şərtlərlə kredit verilir, fermerlərə aidiyyatı üzrə məhsul verilir. Kimisinə iri buynuzlu heyvan, başqa birisinə isə əkin üçün lazımı avadanlıqlarla, toxum, ştillı təmin olunur. Bölgələrin inkişafınl tək aqrar sektorda deyil, eyni zamanda turizm sahəsində də müşahidə olunur. Hazırda Azərbaycan turizmi inkişaf dövrünü yaşayır . Bölgələrdə müasir standartlara cavab verən ıstirahət mərkəzləri açılır. Ölkəmizə gələn turistlər tək paytaxt Bakı ilə deyil, bölgələrdə də səfər etmək istəyir. Bu isə o deməkdir ki, Azərbaycan turizminin sorağı xarici ölkələrə də yayılıb. Bu sevindiricidir. Azərbaycan iqtisadihəyatı hazırda inkişaf səviyyəsindədir. Ölkə iqtisadiyyatının inkişafı tək yerli mütəxəssislər deyil, beynəlxalq təşkilatlarda etiraf edir. Xarici hesabatlarda Azərbaycan iqtisadiyyatının inkişafı reytinq açıqlamasında ön sırada yer alır. Ancaq biz bununla kifayətlənmirik. Azərbaycan iqtisadiyyatının inkişafı barədə biz xarici ölkələrə məlumat veririk. Xarici ölkələrdə təşkil olunan sərgilərdə ölkəmiz təmsil olunur. İstehsal etdiyimiz məhsulları həmin sərgilərdə nümayiş olunur. Həmçinin, istehsal etdiyimiz məhsullar "madeinazerbaijan" brendi ilə dünya ölkələrində satışa çıxarılır. Bu istiqamətdə müəyyən işlər görülür və görüləcək.

Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin zəlzələ bölgəsinə təkrar səfəri dövlət başçısının fəlakətlə üzləşmiş insanlara münasibətinin mövsümi və ya kampaniya xarakter daşımadığını, hər an bu insanlarla birlikdə olmaq istədiyini və onlara sonadək arxa olmaq əzmində olduğunu nümayiş etdirir.  Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb və əhalinin hökumətə etimadının daha da artması müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir. Geniş ictimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir və elə bu səbəbdən, hakimiyyət haqlı olaraq, ictimai dəstəyə arxalanır.

Prezident İlham Əliyev hər bir addımında vətəndaşların sosial mənafeyini əsas götürür, əhalinin bütün təbəqələrinin sosial rifahını şərtlındirən çeşidli dövlət proqramlarının həyata keçirilmısinə xüsusi önəm verir. Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, dünyada nüfuzlu dövlətdir. Təbii ki, bu amilin əsasında cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lideri olması dayanır. Vətəndaşların problemlərinin həll olunması, xalqımızın rifahının yaxşılaşdırılması hər zaman prezidentin daxili siyasətinin əsas xətti olub. Azərbaycan yüksək  inkişaf xətti ilə gedir. Butün sahələr, regionlar abadlaşır, gözəlləşir. Müstəqilliyimiz dayaqları daha da möhkəmlənir. Regionların sosial-iqtisadi inkişafının nəticəsidir ki, Azərbaycan dünya dövlətləri arasında qabaqcıl ölkələr cərgəsindədir. Bu gün Azərbaycan dövləti nəinki regionun həmçinin dünyanın iqtisadi potensialına görə qabaqçıl ölkələri ilə rəqabət apara biləcək iqtisadi gücə malikdir. İham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Ölkə başçısının iradəsi və rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü tədbirlərin və dövlətimizin yürütdüyü sosial siyasətin dünyada analoqu yoxdu. Dövlətimizin başçısı daimi bildirir ki, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək.

Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Azərbaycanın düşünülmüş, praqmatik müstəqil daxili və xarici siyasəti dövlətimizi və xalqımızı qlobal aləmdə baş verən bütün problemlərdən sığortalayır, milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirir. Bu gün regionlarımızın günbəgün inkişaf etməsi ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amildir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verir.

Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun bir fenomen kimi tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ölkə iqtisadiyyat, ordu quruculuğu, daxili və xarici siyasət, sosial siyasət, mədəniyyət, idman sahəsinin inkişafı və s. sahələrin hər birində kifayət qədər böyük nailiyyətlər əldə edib. Bütün bunlar bilavasitə ölkə rəhbərimiz, Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

Regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edir.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31