“İlin sonuna kimi TANAP vasitəsilə 4 milyard kubmetr qaz nəql ediləcək”
12 Mart 2019 15:55 İqtisadiyyat"Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin icrasına başlayanda 11,77 milyard dollar məbləğində sərmayə xərci hesabladıq. Layihə çərçivəsində xərclərin 41%-nə qənaət edildi. Belə olduqda xərclərimiz 7 milyard dollar səviyyəsinə qədər düşdü".
Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib. O qeyd edib ki, layihə çərçivəsində 30 iyun 2018-ci ildən cari ilin fevralın 28-nə kimi 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə daşınıb: "Cari ildə iyunun sonuna kimi 2 milyard kubmetr, ilin sonuna qədər də 4 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq".
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31