Azərbaycanda əmək pensiyasının baza hissəsi artırılacaq
27 Fevral 2013 13:12 İqtisadiyyatYaxın vaxtlarda Azərbaycanda əmək pensiyasının baza hissəsi artırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdən əvvəl deyib.
"Hazırda büdcənin imkanlarından asılı olaraq, artırılacaq baza hissəsinin həcmini müəyyənləşdirmək üçün hesablamalar aparılır", - Müslümov qeyd edib.
Onun sözlərinə görə, bu iş yekunlaşdıqdan sonra pensiyanın baza hissəsinin yenidən artırılmasının həcmi və tarixi açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31