“Günəşli” yatağında yeni quyu qazılır
26 Fevral 2013 19:21 İqtisadiyyat"Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyunun qazma işlərinə başlanılıb. "Azadinform" xəbər verir ki, "28 May" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3700 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 15 ton kondensat, 150000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Qeyd edək qazma işləri "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31