Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır
20 Fevral 2019 16:08 İqtisadiyyatİlham Əliyevin hər zaman dövlətimiz üçün həyata keçirdiyi böyük əhəmiyyət kəsb edən bütün uğurlu islahatları daima xalq tərəfindən təqdir edilir
Prezident cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatlar ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə yönəlmişdir. Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi son 15 il ərzində Azərbaycanın bütün kənd və şəhərlərinin siması tamamilə dəyişmiş, saysız-hesabsız infrastruktur layihələri həyata keçirilmiş, min kilometrlərlə avtomobil yolları çəkilmiş, yüz minlərlə iş yeri yaradılmış, bütövlükdə xalqı narahat edən məsələlərin böyük əksəriyyəti öz həllini tapmış və tapmaqdadır. Hər zaman çıxışlarında prezident bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır deyərərək hər zaman xalqın yanında olduğunu göstərir. Ölkəmizdə müxtəlif sahələr üzrə dövlət proqramları, böyük iqtisadi layihələr uğurla həyata keçirilməkdədir. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat bu gün Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu gün Azərbaycan əhalisi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür.Ona görə də əhali Prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib.
Prezident cənab İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, o, Heydər Əliyev siyasətinin layiqli davamçısı olmaqla yanaşı, onun ideyalarını dövrün, zamanın tələbinə uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir bir liderdir. Bu gün ölkəmizin hərtərəfli inkişafı bir daha təsdiq edir ki, Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın gələcəkdə Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri sırasına çıxaracaq. Ona görə də Prezident seçkisində xalqımız özünün firavan gələcəyinin təminatçısı olan liderinə sadiq qalacaq. Şübhəsiz ki, prezident cənab İlham Əliyevin gördüyü bütün işlər xalqın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Dövlət başçısının müəyyənləşdirdiyi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki,xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edir. İlham Əliyevin hər zaman dövlətimiz üçün həyata keçirdiyi böyük əhəmiyyət kəsb edən bütün uğurlu islahatları daima xalq tərəfindən təqdir edilir. Azərbaycan xalqı ölkədə sabitlik yaradan, insanların həmrəy şəkildə yaşamasını təmin edən, müstəqilliyimizin əbədi olması naminə çalışan, hər zaman dövlətimizin adının nüfuzlu arenalarda səslənməsini təmin edən cənab İlham Əliyevin ətrafında sıx birləşib. Xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır.
Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir. Hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və insanlara layiqli həyat şəraitinin yaradılması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetidir. İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Həyata keçirilən təkmil islahatların uğurlu nəticələrini gündəlik həyatlarında hiss edən xalqımız irəli sürülən təşəbbüsləri dəstəkləməklə Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verir.
Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır.
Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edir, hər bir işdə ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur.
İqtisadiyyatın inkişafına istər daxili, istər xarici missiyaçıların sayını xeyli artırıb. Azərbaycan dövləti irimiqyaslı layihələrdə inkişafını uğurla davam etdirir.
Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin mütləq hissəsi istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb.
Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artımı hesabına milli gəlirin həcminin artımını təmin edib
Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, Onun qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.
Azərbaycan gənc müstəqil respublika olmasına baxmayaraq, ötən 26 ildə ictimai-siyasi sabitliyin ilbəil möhkəmlənməsi zəminində dövlət müstəqilliyinin və ölkənin dünya birliyində mövqeyinin güclənməsinə xidmət edən mühüm tarixi nailiyyətlər qazanmış, ölkəmizin gələcək inkişaf perspektivləri üçün etibarlı əsas rolunu oynayan dolğun iqtisadi potensialın formalaşdırılması və onun dinamik artımı təmin edilmişdir.
Xalqın etimadını qazanan, bu inam və etimaddan böyük dəstək alan dövlətimizin başçısı regionlara səfərləri zamanı ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə bəyan edir ki, qazanılan uğurları şərtləndirən əsas amillərdən biri bütün sahələri əhatə edən dövlət proqramlarının xalq tərəfindən yüksək səviyyədə dəstəklənməsi və uğurlu icrasıdır.
Ölkəmiz öz müdrik rəhbəri İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq şəraitdən, maliyyə və iqtisadi böhrandan asılı olmayaraq dinamik və hərtərəfli inkişaf edir, öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş dövrünü yaşayır, daha da güclənir, qüdrətlənir, nüfuzunu artırır. Heydər Əliyev siyasətini uğurla, yaradıcılıqla davam etdirən Prezident
İlham Əliyev Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirir, milli mənafelərimizi cəsarətlə və uğurla müdafiə edir, qloballaşmanın doğurduğu əngəlləri və maneələri qətiyyətlə dəf edir. Beləliklə, Azərbaycan xalqı Heydər Əliyev yolu ilə öz parlaq gələcəyinə doğru inamla, sürətlə irəliləyir.
Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmaqdadır. Prezident İlham Əliyev ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən aslılığına son qoydu. Azərbaycanı sənaye ölkəsinə çevirdi. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun cəmi bir neçə aspektinə diqqət yetirməklə onun dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir