BTC kəməri ilə 196,4 min ton tranzit Türkmənistan nefti nəql edilib

Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 3,6 mln. ton neft nəql edilib ki, bu da əvvəlki ilin analoji dövrünə nisbətən 10% azdır. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2,8 mln. ton və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 9,8% az neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 196,4 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da 2012-ci ilin eyni ayına nisbətən 38,3% azdır.

Magistral qaz kəmərləri ilə isə yanvarda 2 mlrd. kubmetr və ya 4,9% az qaz nəql edilib. Nəql edilmiş qazın 18,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə yanvarda 0,4 mlrd. kubmetr qaz ötürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31