Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19 Fevral 2019 17:37 İqtisadiyyatİqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqedilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi", "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" və "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə Agentliyin əsas icraçı olduğu tapşırıqlar üzrə yaradılmış işçi qruplarının növbətii clasları keçirilib. "Olaylar" xəbər verir ki, 11-19 fevral tarixlərində təşkil olunmuş iclaslarda İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.İclaslarda biznesin kubatorların inkişafı, kiçik və ortasahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının artırılması, biznes assosiasiyalarının gücləndirilməsi, sahibkar düşüncə tərzinin və KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişafı, KOS-ların təlim-tədris ehtiyaclarının müyyənləşdirilməsi, eləcə də kənd yerlərində xidmət sahələrininin kişafı, texnologiyaların tədrisinin genişləndirilməsi üçün araşdırmaların aparılması və müvafiq təkliflərin hazırlanması istiqamətlərində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.