Deputat təklif etdi: “Bankların faiz dərəcələri aşağı salınmalıdır”

Milli Məclisin iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik sənədi müzakirə olunub."Olaylar" xəbər verir ki, müzakirələr zamanı deputat Çingiz Qənizadə çıxışında adı çəkilən qanuna dəyişikliyi yüksək dəyərləndirib. Deputat bununla yanaşı banklarda faiz dərəcələrinin aşağı salmasını təklif edib: "Bu gün ölkəmizdə fəaliyyət göstərən bankların əksəriyyətində faiz dərəcələri çox yüksəkdir. Hesab edirəm ki, bankların faiz dərəcələri aşağı salınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31