Keçən il Azərbaycana pul köçürmələri artıb

Ötən il Azərbaycana daxil olan pul baratları 1 milyard 80 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il üzrə pul siyasəti icmalında belə deyilir.

Qeyd olunur ki, keçən il iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. İlkin rəqəmlərə əsasən, il ərzində ölkəyə daxil olan pul baratları 1 milyard 80 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 6 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31