Səfir: Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır

Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır.

Bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

Səfir bildirib ki, söhbət həm yerüstü nəqliyyatdan, həm də metrodan gedir. M.Ekert əlavə edib ki, bir sıra Çexiya şirkətləri azərbaycanlı tərəfdaşları iə birgə istehsalın təşkili imkanlarını nəzərdən keçirməyə hazırdır:

"Bu cür nümunələr az deyil. "Tatra" yük avtomobillərinin Gəncə avtomobil zavodunda istehsalını, "Moravia Steel" şirkətinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yenidən qurulmasında iştirakını xatırlatmaq olar".

Onun sözlərinə görə, həmçinin iki ölkə arasında müdafiə sahəsində birgə layihələr, Azərbaycanın Çexiya istehsalı olan L-39 təlim təyyarələri donanmasının modernləşdirilməsi layihəsi mövcuddur.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31