Hazırda genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin qurğuları və boru kəməri ixrac qaz həcmlərini daşıyır

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə Azərbaycan və Gürcüstan ərazisindəki qurğular və boru kəməri ixrac qaz həcmlərini daşıyır.

"BP Azerbaijan" şirkətindən bildirilib ki, 2018-ci ildə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. İki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq iyunun 30-da başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir.

azertac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31