Qax rayonuna yol tikintisinə 3 milyon manat ayrıldı
22 Fevral 2013 18:50 İqtisadiyyatAzərbaycan prezidenti İlham Əliyev Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.AzərTAc
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31