Azərbaycan nefti ucuzlaşıb
12 Fevral 2019 11:52 İqtisadiyyatAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,42 dollar və yaxud 0,66% azalıb.
"Report" xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 63,39 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31