Komitə info-tur təşkil edəcək
8 Fevral 2019 14:49 İqtisadiyyatƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə" adlı info-tur və açıq qapı günü keçiriləcək. Komitədən "Olaylar"a bildirilib ki, məqsəd vətəndaşlara göstərilən xidmətlərin əyani olaraq nümayişi, prosedurların izah olunması, o cümlədən, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə tanışlıqdır. Həmçinin gələn iştirakçıların Məkanda göstərilən xidmətlərlə bağlı sualları cavablandırılacaq. İnfo-tur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olub prosesi canlı izləyəcəklər. Tədbir fevralın 12-si saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20) keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31