Maya dəyəri şişirdilib, satınalmalarda nöqsanlara yol verilib
Hesablama Palatasının “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş audit nəticəsində bir sıra çatışmazlıqlar aşkar edilib. “Olaylar” Palataya istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib. Belə ki, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, bir halda kreditor borc tanınmadan ödənilib. Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib.
7 Fevral 2019 15:37 İqtisadiyyatHesablama Palatasının "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş audit nəticəsində bir sıra çatışmazlıqlar aşkar edilib. "Olaylar" Palataya istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib. Belə ki, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, bir halda kreditor borc tanınmadan ödənilib. Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib.
Bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans zərəri artırılıb. Audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib, potensial imkanı olan malgöndərənlərin siyahısı tərtib edilməyib, mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılıb və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb, satınalma prosedurlarına dair sənədlər toplusu tam hazırlanmayıb, iddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlər tam təqdim olunmayıb.
Təmiri və tikintisi həyata keçirilmiş obyektlərin bütövlükdə layihə-smeta sənədləri ekspertiza olunması üçün aidiyyəti üzrə vaxtında təqdim edilməyib və müvafiq rəylər tam alınmayıb, "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb, "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nin həyata keçirilməsi məqsədilə "Bakı Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməyib.