AZTA turizm sektorunun inkişafı tədbirləri üçün dövlət dəstəyi aldı

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. "OLAYLAR" xəbər verir ki, Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digər üzvlər İctimai Şuranın  fəaliyyətinə və Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə  dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari  məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə Agentlik yanında

İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Müzakirələrdən sonra agentliyin rəhbərliyi və İctimai Şura üzvləri  tərəfindən səsləndirilən problemlərin həllinin tapılması və həyata  keçirilməsi barədə müvafiq razılıq əldə olunub.

İclasın sonunda AZTA rəhbəri Nahid Bağırovun və Azərbaycan Sahibkar  Qadınlar Assosiasiyasının sədri Səkinə Babayevanın Azərbaycan  Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında  İctimai Şuranın sədrinin müvinləri seçilməsi barəqə qərar qəbul olunub. Qeyd edək ki, İctimai Şuranın sədri Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovdur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31