Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib

Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, nümayəndə heyətinə İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri İnam Kərimov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin sahibkarlar daxildir. Səfər çərçivəsində görüşlər keçiriləcək, iqtisadi əlaqələrin inkişafı istiqamətləri, Azərbaycanın nəqliyyat-tranzit imkanlarından daha geniş istifadə edilməsi və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31