Xaricdə olan işcilərə əmək haqqı necə ödənilib?

Hesablama Palatasının Ağcabədi Regional Mədəniyyət İdarəsi üzrə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı bir sıra çatışmazlıqlar aşkar edilib. “Olaylar” Palataya istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları”nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işcilərə əmək haqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, “Azərbaycan Respublikası vahid büdcə təsnifatı”nın tələblərinə bir sıra hallarda əməl edilməyərək təyinatdankənar vəsait xərc edilib.

Hesablama Palatasının Ağcabədi Regional Mədəniyyət İdarəsi üzrə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı bir sıra çatışmazlıqlar aşkar edilib. "Olaylar" Palataya istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki,  "Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları"nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işcilərə əmək haqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, "Azərbaycan Respublikası vahid büdcə təsnifatı"nın tələblərinə bir sıra hallarda əməl edilməyərək təyinatdankənar vəsait xərc edilib.

Eyni zamanda,  dövlət büdcəsindən ayrılan vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma kecirilmədən vəsait xərcləniib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməyib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilib. Müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib, təsdiq olunmuş müqavilə qiymətləri gözlənilməyərək artıq büdcə vəsaiti xərclənib.

İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd kulublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmayıb, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondu  uçota alınmayıb, "Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlər"in balansdan balansa əvəzsiz keçirilməsi əməliyyatlarına mühasibat yazılışı düzgün verilməyib, aktivlər üzrə əvvəlki dövrlərdə hesablanmış amortizasiya xərci düzgün olmayaraq gəlirlər kimi uçota alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31