Vitse-spiker Avrasiya İqtisadi Zirvə toplantısına qatılacaq

Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün fevralın 5-də Türkiyənin İstanbul şəhərinə  səfərə gedəcək. MM-dən "Olaylar"a verilən məlumata görə,  Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək tədbirdə texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, globallaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq. Vitse-spiker Valeh Ələsgərov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirləri açıqlayacaq, təkliflərini verəcək. Səfər fevralın 7-də  başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31