500 kq-dan çox yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib
21 Fevral 2013 17:55 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Nazirliyin mətbuat xidmətindən Bakının Nərimanov, Yasamal, Binəqədi, rayonlarında, Sumqayıt, Xudat, Qazax, Masallı, Şəmkir şəhərlərində, eləcə də Abşeron, Bərdə, Zərdab rayonlarında aparılan yolxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 500 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.