Regional proqramlar Azərbaycanın hərtərəfli inkişafına zəmin yaradıb
29 Yanvar 2019 18:38 İqtisadiyyatAzərbaycanın bu günkü dinamik inkişafını səbəb olan amillərdən biri də heç şübhəsiz ki, Regionların sosial-iqtiadi inkişafına daur Dövlət Proqramlarıdır. 2004-cü ildən etibarən icra edilməyə başlayan Dövlət Proqramları ölkəmizin hərtərəfli inkişafına zəmin yaradıb desək yanılmarıq. İndiyə qədər həyata keçirilən hər üç Dövlət Proqramının uğurlu icrası bütün istiqamətlərdə inkişafa, tərəqqiyə yol açıb. Artıq 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına da yekun vurulub və bu məqsədlə ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda geniş və məzmunlu nitq söyləyən dövlət başçısı bildirib ki, Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı artıqlaması ilə yerinə yetirildi, qarşıya qoyulan bütün vəzifələr icra olunub. Dövlət başçısının sözlərinə görə, Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verdi. Məhz Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının bu templə inkişafı dünyanın aparıcı reytinq agentlikləri, beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilib. Sözügedən təşkilat və qurumların hazırladıqları hesabatlarda ölkəmizlə bağlı əksini tapan müsbət məqamlar belə deməyə əsas verir. Baxmayaraq ki, bir neçə il əvvəl dünyada baş verən iqtisadi və maliyyə böhranı əksər ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərdi, amma Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət ölkəmizi bu təhlükələrdən sığortaladı. Və heç şübhəsiz ki, burada Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının da xüsusi çəkisi və rolu var. Məsələn, əksər ölkələrdə zavod və müəssisələr fəaliyyətini dayandırdığı, kütləvi ixtisarlar baş verdiyi halda, Azərbaycanda bunun tamamilə əksi müşahidə edildi. Məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası dövründə bölgələrdə açılan yeni istehsal müəssisələri, zavodlar hesabına yeni-yeni iş yerləri yaradıldı ki, bu da regionlarda işsizlik probleminin aradan qaldırılmasına, məşğulluğun artırılmasına gətirib çıxardı. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində Dövlət Proqramlarının icrası nüddətində milyonlarla yeni iş yerləri yaradıldı. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransında çıxışı zamanı bu məqama diqqət çəkərək bildirdi ki, son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb. Göründüyü kimi bu kifayət qədər böyük bir rəqəmdir və bu 2 milyon vətəndaşımızın müvafiq işlə təmin olunması, paralel olaraq onun sosial problemlərinin həlli deməkdir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları təhsil və səhiyyənin də inkişafına təklan verib. Dövlət Proqramlarının icrası müddətində təkcə rayon mərkəzləri, iri şəhərlərdə deyil eləcə də ucqar dağ rayonları, hətta dağ kəndlərində belə yeni-yeni məktəb binaları, tibb məntəqələri, xəstəxanalar tikilib istifadəıyə verilib ki, bu da ümumilikdə regionlarda təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsinə gətirib çıxarıb. Konfrasda Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Dövlət Proqramlarının icra edildiyi son 15 il ərzində 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. Bundan başqa son 15 ildə 640 tibb müəssisəsi tikilib və yenidən qurulub.
Bu illər ərzində eləcə də digər sahələrdə uğurlar əldə edilib ki, burada da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi rolu və çəkisi var. Bir sözlə 2004-cü ildən etibarən uğurla icra edilən Regional Proqramlar bütün sahələrdə sürətli inkişafa təkan verib ki, bu günkü Azərbaycanın dinamik inkişafında məhz söözügedən Dövlət Proqramları əvəzsiz rol oynayır.
Məhəmməd