Neftin qiyməti niyə stabil rəqəm üzərində qərarlaşa bilmir?
İlham Şaban: “Bu, bazarda sabitliyin olmamasından xəbər verir”
1 İyun 2012 13:13 İqtisadiyyatSon günlər dünya birjalarında neftin qiyməti stabil bir qiymət üzərində qərar tuta bilmir. Qara qızılın qiyməti bir gün artdığı təqdirdə o birisi gün aşağı düşür. Neftin qiymətində baş verən bu proseslə bağlı məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, qiymətlərin "oynaması" bazarda stabilliyin olmamasından xəbər verir. Onun sözlərinə görə, neft ixrac amillərindən asılı xammal olduğu üçün kiçik bir informasiya belə neftin qiymətinin artmasına və ya azalmasına təsir göstərə bilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31