Paytaxt Bakımızda olan iqtisadi inkişafı bölgələrimizdə də görmək mümkündür
Bu gün Azərbaycanın Qərb, Şərq, Şimal və həm də Cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər zaman uğurla və müfəvəqiyyətlə yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmizi daim uca zirvələrdə olmasına nail olur.
22 Yanvar 2019 18:30 İqtisadiyyatBu gün Azərbaycanın Qərb, Şərq, Şimal və həm də Cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər zaman uğurla və müfəvəqiyyətlə yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmizi daim uca zirvələrdə olmasına nail olur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun sadiq komandasının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan hərtərəfli inkişaf yolundadır. Şübhəsiz ki, bu cür uğurlu və düşünülmüş siyasətin nəticəsi olaraq Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, müasir cəmiyyət quruculuğu, ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi böyük uğurlar, irəli sürdüyü qlobal təşəbbüslər, onun dünya birliyi üçün əhəmiyyətini artırır, beynəlxalq aləmdə nüfuzunu yüksəldir. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alaraq, Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Prezident İlam Əliyevin regionların sosial iqtisadi inkişafını təmin edən hər üç dövlət proqramı -2004-2008, 2009-2013, 2014-2018 sayəsində bölgələrdə ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin sayı artmış və prezident şəxsən özü açılışında şəxsən iştirak etmişdir. Bütün bunların hər biri ölkəmizdə nəhəng işlərin aparılmasından xəbər verir. Zamannında öz yaşayışını təmin etmək məqsədi ilə bölgələrdən paytaxta işləməyə gələn sakinlər, artıq regionlarda açılan müəssələrdə rahatlıqla çalışmağa başlayıblar. Azərbaycanın hərtərəfli inkişafı bölgələrimizdəndə yan keçməyib. Son 14 il ərzində yeni infrosturuktur layihələr icra olunur. Bölgələrimizdə yeni açılan müəssisələr, fabriklər, zavodlar bölgələrin inkişafına xidmət edir.
Sevindirici haldır ki, bu gün paytaxt Bakımızda olan iqtisadi inkişafı bölgələrimizdə də görmək mümkündür. Bölgələrimizin siması bu gün köklü şəkildə dəyişmiş, təhsil, səhiyyə, idman və digər sahələr də uğurlar əldə edilmişdir. Bunun nəticəsi olaraq, əvvəl ki illərlə müqayisə də əhalinin paytaxta axını xeyli azalmışdır. Bu gün regionlarımızda işləməyə və yaşamağa maraq daha da artmaqdadır. Deyə bilərəm ki, bu gün hər bir ailə, hər bir vətəndaş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatlarında hiss etməkdədirlər.
Prezident İlham Əliyevin 20014-cü ildən başlayaraq imzaladığı Dövlət Proqramının məqsədi ölkədə insanların həyat şəraitinin yaxşılaşması və gəlir imkanların artırılmasıdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizin inkişafında və onun dünya ölkələri arasında hərtərəfli tanınmasında prioritet istiqamət kimi səciyyələndirilir. Hərtərəfli düşünülmüş bu proqram son 15 il ərzində qarşıya qoyulan strategiyanın düzgünlüyünü, ölkəmizin dünya ölkələri içərisində hər sahə də tanındığını və dünyanın reytinq cədvəlində daha da irəli pillələrdə yer aldığının şahidi oluruq. Ötən 15 il ərzində layihə çərvisəsində kənd təsərrüfatının bir çox sahələrində uğurlar qazanılmışdır. Beləki, aqrar sektorun vergilərdən azad edilməsi, fermerlərə subsidiyaların verilməsi, "Aqrolizinq" xətti ilə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikaları, toxum, gübrə, cins mal-qara ilə təmin olunması kəndlinin bu sahəyə olan marağının artması və çəkilən əziyyətin sonunda onları qane edəcək maddi vəsaitin əldə olunmasına səbəb olur ki, buda bir başa olaraq ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır. Ötən illərlə müqayisədə layihə çərçivəsində göstərilən dövlət dəstəyi hesabına kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq məhsullarının istehsalı dəfələrlə artmışdır.
Bütün bu sadaladığımız keyfiyyətlər dövlət proqramı sayəsində kənd təsərrüfatı sahəsində aparılan dəyişiklik və inkişafın müsbət nəticələri kimi qiymətləndirilməlidir.
Bu gün Azərbaycan dünyanın 35 ən rəqabət qabiliyyətli ölkəsindən biri hesab edilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub və bunun böyük hissəsi xarici sərmayədir. Bu, isə onu göstərir ki, respublikamız xarici investorlar üçün çox cəlbedici ölkədir. Ölkəmizin valyuta ehtiyatları 2,2 milyard dollar artıb və hazırda 45 milyard dollara bərabərdir. Azərbaycan dünyada yetərincə tanınmaqdadır.Xüsusilə son illərdə müxtəlif sahələrdə yüksək irəlləmələr özünü göstərməkdədir. Ölkəmiz iri layihələrin icraçısı kimi tanınır.Bu gün Azərbaycan dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi tanınmaqdadır. Təbii ki, burda iqtisadiyyatımızın güclənməsi,inkişafı,iqtisadi gücümüz öz rolunu oynamaqdadır. Artıq qeyri-neft sektorunun inkişafı da dövlətimizin piaritet mövzularından biridir. Cənab Prezident söylədiyi kimi "Biz neftdən gələn gəlirləri insan kapitalına çeviririk".
Ölkəmizin inkişafı hər bir vətəndaşımızı sevindirməklə düşmənlərimizə göz dağı verir. Düşmən müxtəlif yollarla Azərbaycanın yürütdüyü siyasətə kölgə salmağa çalışır.Bu gün erməni də, erməniyə arxa-dayaq duran ölkələrdə anlamalıdır ki, Azərbaycan heç bir zaman işğalçı siyasəti ilə barışmayacaq. Cənab Prezidentimiz qeyd etdiyi kimi"Heç kim bizim daxili siyasətimizə qarşıa bilməz,Azərbaycan müstəqil siyasət aparır". Bəli,Azərbaycan dövləti həm daxili siyasətini, həm də xarici siyasətini uğurla həyata keçirməkdə davam edir. İnanırıq ki, bu siyasətin nəticəsində güclənən ordumuz sülh yolu ilə olmasa müharibə yolu ilə torpaqlarımızı azad edəcək. Başımızın üzərində dalğalanan üç rəngli bayrağımız Qarabağımızda dalğalanacaqdır.
Azərbaycan dövləti turizmin inkişafına yönəlmiş daxili və xarici investisiyanın artırılmasına böyük əhəmiyyət verir. Qeyri-neft sektorunun gücləndirilməsi kursunda onun ən perspektivli sahəsi olan turizm sferası diqqət mərkəzindədir. Azərbaycan turizminin perspektiv inkişafı 2013-2020-ci illəri əhatə edəcək turizm planında öz əksini tapmışdır. Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin genişləndirilməsi, yeni mehmanxana, turizm komplekslərinin tikilməsi, tarixi abidələrin bərpası nəticəsində 2016-cı ilə qədər turizm sahəsində 21.9% artımı nəzərdə tutulmuşdur. Regionlarda turizmin inkişafına xüsusi diqqət ayrılır. Bu məqsədlə turizm sisteminin inkişaf strategiyası aşağıdakı istiqamətlər əsasında qurulur və idarə olunur: Azərbaycanda qeyri-neft sektoruna ayrılan yatırımların artırılmasına əvvəlki illərdə də xüsusu diqqət yetirilirdi. Aşağıdakı cədvəldə bu göstərici əyani şəkildə göstərilmişdir. Ötən illər ərzində Azərbaycan turizm sənayesi inkişaf etdikcə onun genişlənmə imkanları da artır, mövcud potensialı güclənir. Dövlətin həyata keçirdiyi proqramlar sayəsində Azərbaycanın gələcəkdə böyük və inkişaf etmiş turizm ölkəsinə çevrilməsi üçün güclü baza təşəkkül tapır. Günbəgün turizm üçün əhəmiyyəti olan obyektlərin sayı artır, təbiət, tarixi və mədəniyyət abidələrinin turizm obyekti kimi istifadəsi üçün şərait genişlənir.
Ölkəmizdə güclü iqtisadiyyat yaranıb, eyni zamanda, sosial problemlərin həllində müəyyən addımlar atılır. Respublikamızın iqtisadi imkanları olmasaydı, ölkədə pensiyaları, maaşları qaldırmaq, irihəcmli investisiya yatırmaq, infrastruktur layihələri həyata keçirmək mümkün olmazdı. Son dövrdə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində görülmüş işlər diqqəti cəlb edir. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə Azərbaycan 35-ci yerə yüksəlib.
Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı bir transmilli layihənin reallaşması, hansısa siyasi bir məsələnin həlli mümkün deyil. İndiki Azərbaycan Avropanın on illər boyu yaşadığı enerji asılılığı probleminin həllində dönüş yaradacaq "Cənub"qaz dəhlizi layihəsinin müəllifi kimi bütün dünyaya sözünü deyə bilir. Bu gün Azərbaycanın Qərb, Şərq, Şimal və həm də Cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür.
Beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri bu gün Azərbaycanın uğurlarına yüksək qiymət verirlər. Bütün dünyanı bürüyən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan investisiyaların yatırılması üçün ən münasib və problemsiz ölkələrdən biri hesab olunur. Heç şübhəsiz ki, bu qənaətin kökündə Azərbaycanın qazandığı iqtisadi uğurlar dayanır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir