Ölkədə 22 minə yaxın yeni iş yeri açılacaq
“2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nüisə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir.Ümumilikdə isə, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2019-ci il tarixinədək sahibkarlara 6766 lisenziya verilib.
22 Yanvar 2019 18:05 İqtisadiyyat"2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nüisə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir.Ümumilikdə isə, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2019-ci il tarixinədək sahibkarlara 6766 lisenziya verilib. Ötən il martında "Lisenziyalar və icazələr" portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib". Bunu iqtisadiyyat nazirlri Şahin Mustafayev nazirliyin kollegiya iclasında deyib. Nazir bildirib ki, 2018-ci ildə "Qrant haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya qurumlarının və publik hüquqi şəxslərin 17 qrant müqaviləsi qeydiyyata alınıb. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib. İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Şahin Mustafayev bildirib ki, indiyədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41%-i kənd təsərrüfatı, 59%-i isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.