Daha 10 aqroparkın istifadəyə veriləcək

Dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının  yaradılması və mövcuq arqroparklatrın genişləndirilməsi istiqamətində tədbirlər davam edir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq 17 aqropark fəaliyyət göstərir. 2019-cu ildə isə daha 10 aqroparkın istifadəyə verilməsi nəzərədə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31