Xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib
22 Yanvar 2019 17:46 İqtisadiyyat2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. İqtisadiyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Bundan başqa, "Buta Airways" təyyarələrində ixracı təşviq edən reklam nümayiş olunub, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR Georgia Petroleum" şirkətinin yanacaq doldurma məntəqələrində stendlər yerləşdirilib. 2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgilərdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək.